Ermənistanın yeni XİN başçısı "cib naziri"dir - rusiyalı ekspert  

13:28 20.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Əvvəllər Ermənistan parlamentinin sədri olmuş, indi isə yeni xarici işlər naziri təyin edilən Ararat Mirzoyan İrəvanın xarici siyasətinə heç bir dəyişiklik gətirməyəcək.

Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert İqor Korotçenko söyləyib. Onun sözlərinə görə, Paşinyan Ermənistanın yeni cxarici işlər nazirini təyin edəndə özünə yaxınlığı və sadiqliyi ilə seçilən adama üstünlük verib:

"Paşinyan hesab edir ki, Mirzoyan onun əlində "sözə qulaq asan" alət, yalnız ona deyiləni edəcək "müstəqillikdən məhrum cib naziri" olacaq. Ən yaxşısı, Paşinyan və komandası Azərbaycanla sülh sazişini imzalamaq üçün cəmiyyəti mənəvi baxımdan buna hazırlamalı və prosesi sürətləndirməlidir". 

Qeyd edək ki, 2020-ci ilin noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atandan sonra məğlubiyyətlərini həzm edə bilməyən ermənilər parlamentə hücum edərək Ararat Mirzoyanı döymüşdülər. O, uzun müddət qorxusundan ictimaiyyət qarşısına çəxa bilməmişdi.